AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Bakıya gələcək

AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Bakıya gələcək Assambleyanın Hüquqi Məsələlər və İnsan Hüquqları üzrə Komitəsi Azərbaycan üzrə məruzəçinin Bakıya səfərini təsdiqləyib.
Xarici siyasət
5266
23 Yanvar , 2019 16:26
AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Bakıya gələcək
0 : 00
0 : 00

Strasburq. 23 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi Thorhild Sunna Evarsdottir Bakıya səfər edəcək. 

Bu barədə məruzəçi özü “Report“un Qərbi Avropa bürosuna məlumat verib.

O bildirib ki, Assambleyanın Hüquqi məsələlər və insan hüquqları üzrə komitəsi Azərbaycan üzrə məruzəçinin Bakıya səfərini təsdiqləyib.

Məruzəçi bildirib ki, AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları üzrə komitəsi AŞPA məruzəçisinin səfərinin baş tutması üçün Azərbaycan tərəfinin razılığını alıb. Azərbaycan hökuməti məruzəçinin Azərbaycana gəlib monitorinq aparmasına öz razılığını verib. Yaxın günlərdə səfərin tarixi müəyyən olunacaq. 

Son xəbərlər

Orphus sistemi