AŞPA Monitorinq Komitəsinin nümayəndə heyəti ilə MSK-da görüş keçirilib

AŞPA Monitorinq Komitəsinin nümayəndə heyəti ilə MSK-da görüş keçirilib Sədr Məzahir Pənahov qonaqların suallarını cavablandırıb
Xarici siyasət
7 Aprel , 2016 16:54
AŞPA Monitorinq Komitəsinin nümayəndə heyəti ilə MSK-da görüş keçirilib

Bakı. 7 aprel. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennakın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

Bu barədə "Report"a MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, nümayəndə heyətini salamlayan Məzahir Pənahov görüşdən məmnunluğunu bildirərək, MSK-nın Avropa Şurası və onun müxtəlif qurumları ilə çoxillik əlaqələrindən söhbət açıb. O, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə əlaqələrinə daim önəm verdiyini qeyd edib və seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

MSK-dakı səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri Stefan Şennak ölkəmizdə seçki praktikasının daha da təkmilləşdirilməsi istiqamətində görülən işlərlə maraqlanıb. Sədr Məzahir Pənahov qonaqların suallarını cavablandıraraq, onlara Azərbaycanın seçki sistemi, seçki qanunvericiliyi və vətəndaşlarımızın aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmin olunması üçün mütəmadi şəkildə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib və qeyd edib ki, bu layihələrin bir çoxu məhz nüfuzlu beynəlxalq təşkilatlarla birgə gerçəkləşdirilir.

Görüşdə həmçinin, müxtəlif sahələrdə qurumlararası əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi