AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi seçilib

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi seçilib Strasburq. 28 iyun. REPORT.AZ/ AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi seçilib.
Xarici siyasət
28 İyun , 2018 16:58
AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi seçilib
Böyük Britaniyalı deputat Rodjer Geyl / Report
0 : 00
0 : 00

Strasburq. 28 iyun. REPORT.AZ/ AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi seçilib.

"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, bu vəzifəni britaniyalı deputat Rocer Geyl (Roger Gale) icra edəcək. 

O, bu vəzifədə Sezar Florin Predanı əvəzləyib. 

Azərbaycan üzrə ikinci həmməruzəçinin seçimi Assambleyanın yay sessiyası çərçivəsində baş tutub.

Xatırladaq ki, daha əvvəl AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Ştefan Şennax həmməruzəçilərin sentyabr ayında ölkəyə səfər etməyi planlaşdırdıqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi