AŞPA həmməruzəçiləri Azərbaycana səfərin yekunları ilə bağlı məruzəni Monitorinq Komitəsində təqdim ediblər

AŞPA həmməruzəçiləri Azərbaycana səfərin yekunları ilə bağlı məruzəni Monitorinq Komitəsində təqdim ediblər Monitorinq Komitəsinin iclası martın 8-də Parisdə keçirilib
Xarici siyasət
9 Mart , 2017 09:52
AŞPA həmməruzəçiləri Azərbaycana səfərin yekunları ilə bağlı məruzəni Monitorinq Komitəsində təqdim ediblər

Bakı. 9 mart. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda yanvarın 12-14-də Azərbaycana etdikləri səfərin yekunları ilə əlaqədar məruzəni AŞPA Komitəsinin iclasında təqdim edib.

“Report” xəbər verir ki, AŞPA Monitorinq Komitəsinin iclası martın 8-də Parisdə keçirilib.

Ştefan Şennax və Sezar Florin Preda məruzədə Azərbaycanda QHT-lər haqqında qanunvericiliyi, ölkədə keçirilən konstitusiya referendumu, həmçinin söz azadlığı ilə bağlı vəziyyəti yenidən qiymətləndirib.

Həmməruzəçilər islahat proseslərinə "təkan verilməsi" və Azərbaycan hökuməti ilə dialoqun davam etdirilməsinin əhəmiyyətini qeyd edib.