​AŞPA həbs qətimkan təcrübəsini azaltmağa çağırıb

​AŞPA həbs qətimkan təcrübəsini azaltmağa çağırıb İspaniyalı deputat Pedro Aqramunt AŞPA-nın payız sessiyasında hesabat təqdim edib
Xarici siyasət
1 Oktyabr , 2015 17:53
​AŞPA həbs qətimkan təcrübəsini azaltmağa çağırıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ AŞPA məruzəçisi Pedro Aqramunt İnsan hüquqlarına dair Avropa Konvensiyasının (AİHM) iştirakçı dövlətlərini həbs qətimkan təcrübəsinin azaldılmasına yönəlmiş konkret tədbirlərin görülməsinə çağırıb.

"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə bu gün Strasburqda AŞPA-nın payız sessiyasında P.Aqramunt tərəfindən təqdim olunan hesabatda bildirib.

Hesabat layihəsində qeyd olunur ki, məhkəməyə qədər həbsdə saxlanmasının həm məhbusa və həm də bütövlükdə cəmiyyətə mənfi nəticələri var. P.Aqramunt diqqəti ona çəkib ki, İnsan Hüquqları üzrə Avropa Konvensiyası həbs qətimkan tədbirindən istifadə olunması üzrə məhdudiyyətlər qoyur, həmçinin məhkəməyə qədər həbsdə müalicə qaydalarını müəyyənləşdirir. 

Son xəbərlər

Orphus sistemi