AŞPA Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri ilə bağlı qətnaməni qəbul edib

AŞPA Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri ilə bağlı qətnaməni qəbul edib AŞPA deputatları Azərbaycanla bağlı iki hesabatı müzakirə edib
Xarici siyasət
26 Yanvar , 2016 15:14
AŞPA Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri ilə bağlı qətnaməni qəbul edib

Bakı. 26 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində "Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri" qətnaməsi qəbul edilib.

"Report"un məlumatına görə, qətnamənin lehinə 98 deputat səs veribsə, 71 deputat əleyhinə səs verib. 40 deputat isə bitərəf qalıb.

Qətnamə AŞPA deputatı Militsa Markoviçin (Bosniya və Herseqovina) eyniadlı hesabatının müzakirəsinin yekununda qəbul edilib.

Robert Uolterin (Böyük Britaniya) "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması" hesabtı əsasındakı qətnamə isə qəbul edilməyib. Sənədin 66 deputat lehinə, 70-i isə əleyhinə səs veribsə, 45 nəfər bitərəf qalıb.

Son xəbərlər

Orphus sistemi