AŞPA-nın məruzəçisi Azərbaycan hökumətinə təşəkkür edib

AŞPA-nın məruzəçisi Azərbaycan hökumətinə təşəkkür edib Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi Thorhild Sunna Evarsdottir Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
Xarici siyasət
120
9 Sentyabr , 2019 17:19
AŞPA-nın məruzəçisi Azərbaycan hökumətinə təşəkkür edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi Thorhild Sunna Evarsdottir Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

“Report“un Fransa bürosu AŞPA-nın rəsmi saytına istinadən bildirir ki, məruzəçi Azərbaycan hökumətinin onun 5-7 sentyabr tarixlərində Azərbaycanda olduğu zamanı səfərini asanlaşdırdığını vurğulayıb.

“Mən Azərbaycan hökumətinə rəsmi iclaslar keçirdiyi, ümumiyyətlə, səfərimi asanlaşdırdığı üçün təşəkkürümü bildirirəm", - o qeyd edib.

Thorhild Sunna Evarsdottir səfəri zamanı konstruktiv münasibət, eləcə də hər kəsin Avropa Şurası ilə işləməyə həvəsli olduğunu müşahidə etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi