Bu ilin sonunda Tacikistan paytaxtı Düşənbədə "Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 9-cu Xarici İşlər nazirləri konfransının keçirilməsi nəzərdə tutulur.
“Report” Tacikistan XİN-ə istinadən xəbər verir ki, bu barədə qərar "Asiyanın Qəlbi – İstanbul Prosesi”nin yüksək vəzifəli rəsmilərinin onlayn görüşü zamanı verilib.
Xatırladaq ki, "Asiyanın Qəlbi – İstanbul Prosesi”nə bu il Tacikistan sədrlik edir.
Qeyd edək ki, 2011-ci ildə Türkiyənin təşəbbüsü ilə “Əfqanıstan üçün İstanbul prosesi” şəklində regional əməkdaşlığı gücləndirmək məqsədi ilə əsası qoyulmuş “Asiyanın qəlbi – İstanbul prosesi” iştirakçıları Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Əfqanıstan, Hindistan, İran, Qazaxıstan, Qırğız Respublikası, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan və BMT-dir.