Bakı. 13 noyabr. REPORT.AZ/ Avropa Şurası (AŞ) Venesiya Komissiyası nümayəndə heyətinin Azərbaycana səfəri təxirə salınıb. Bu barədə "Report" Venesiya Komissiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Səfərin təxirə salınmasının səbəbi göstərilmir.
Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyəti noyabr ayının 13-14-də Azərbaycana səfər etməyi planlaşdırırdı. Səfərdə məqsəd bu yaxınlarda Azərbaycanda qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklə bağlı rəy hazırlanması idi.
Rəy layihəsinin bu ilin dekabr ayında plenar sessiyada qəbul edilməsi üçün Venesiya Komissiyasına təqdim olunacağı bildirilirdi.