Artur Rasi-zadə Mövlud Çavuşoğlu ilə görüşüb

Artur Rasi-zadə Mövlud Çavuşoğlu ilə görüşüb Görüşdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb
Xarici siyasət
27 Noyabr , 2015 14:49
Artur Rasi-zadə Mövlud Çavuşoğlu ilə görüşüb

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanın baş naziri Artur Rasi-zadə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, baş nazir Artur Rasi-zadə Mövlud Çavuşoğlunu yüksək dövlət vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, yeni hökumət təsdiq edildikdən sonra ilk xarici rəsmi səfərə Azərbaycana gəlməsindən məmnunluğunu bildirib.

Əlaqələrin möhkəmlənməsində dövlət başçılarının səmimi dostluq münasibətlərinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran baş nazir qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da bütün sahələr üzrə, o cümlədən iqtisadiyyat, mədəniyyət, turizm, ticarət və digər istiqamətlərdə davam edəcəyini vurğulayıb. Həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri, hərbi-siyasi əməkdaşlıq və s. barədə qonaqlara ətraflı məlumat verən Artur Rasi-zadə qardaş ölkənin nüfuzlu nümayəndə heyətinin bu səfərinin də əməkdaşlığımızın perspektivi baxımından faydalı olacağına əminlik ifadə edib.

Türkiyə ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə davam etdiyini böyük razılıq hissi ilə vurğulayan qonaq tarixi dostluq və qardaşlıq ənənələrinin sarsılmazlığını xatırladaraq, strateji əməkdaşlıq imkanlarının artdığı müasir şəraitdə ölkələrimiz arasında beynəlxalq və regional müstəvidə işbirliyinin milli maraqlar çərçivəsində daha da genişləndirilməsinin və dərinləşdirilməsinin zəruriliyi fikrinə şərik olduğunu bildirib.

Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi, bölgədə sabitliyin qorunub saxlanması, regional və beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi