AQEM: Azərbaycan nümunəvi liderlik nümayiş etdirir, regional əməkdaşlığa töhfə verir
- 28 may, 2025
- 11:34
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, bu barədə AQEM-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"AQEM Azərbaycanı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edir! Hazırkı sədr ölkə kimi Azərbaycan çoxtərəfli dialoq, regional əməkdaşlıq və Asiyada ümumi sabitliyin təşviqində nümunəvi liderlik nümayiş etdirməyə davam edir. Əminik ki, bu səylər təşkilatın güclənməsinə, Asiyada təkmilləşdirilmiş əlaqələrə, rəqəmsallaşmaya və dayanıqlı inkişafa töhfə verəcək.
Azərbaycan xalqına daha böyük tərəqqi, rifah və firavanlıq arzulayırıq", - paylaşımda bildirilib.
The #CICASecretariat extends its heartfelt congratulations on the Independence Day of the Republic of #Azerbaijan
— CICA (@CicaSecretariat) May 28, 2025
As the current Chair of #CICA, continues to show exemplary leadership in fostering multilateral dialogue, regional cooperation and shared stability across… pic.twitter.com/qy8V9n9sha