Yuxarı

Antalyada Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşü başlayıb

Görüşdə nazirlər üç ölkə arasında əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edəcək

Bakı. 28 avqust. REPORT.AZ/ Antalya şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşü başlayıb.

"Report" xəbər verir ki, görüşdə xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Rəşid Meredov üç ölkə arasında əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edəcək.

Qeyd edək ki, nazirlərin üçtərəli formatda ilk görüşü 2014-cü il mayın 26-da Bakıda, ikinci görüş 2015-ci il yanvarın 29-da Aşqabadda keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi