Martın 16-da Ankarada TDT-nin növbədənkənar zirvə toplantısı keçiriləcək
Xarici siyasət
- 14 mart, 2023
- 08:32
Martın 16-da Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) növbədənkənar zirvə toplantısı keçiriləcək.
“Report” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.
“Martın 16-da Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə TDT-nin zirvə toplantısı keçiriləcək. İclasda Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım mövzusu müzakirə olunacaq”, - nazir vurğulayıb.
Qeyd edək ki, TDT-nin sonuncu zirvə toplantısı ötən ilin noyabr ayında Özbəkistanın Səmərqənd şəhərində baş tutub.
Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.
Son xəbərlər
22:50
Foto
Padel tennisi üzrə ilk Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Fərdi22:46
Kamikadze dronları ilə müharibədə qalib gəlməyin yolu açıqlanıb
Digər ölkələr22:21
Foto
Azərbaycan Basketbol Liqası: "Sərhədçi" və "Abşeron Lions" qələbə qazanıb
Komanda22:20
Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib
Maliyyə22:08
Slovakiya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
Xarici siyasət22:03
Pezeşkian büdcə layihəsini parlamentə təqdim edib
Region22:02
Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayıb - YENİLƏNİB
Fərdi21:40
Video
Qərbi Azərbaycan Xronikası: Ermənilərin yerində su anbarı tikdiyi türk kəndi
Region21:33