Ankarada Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar tədbir keçirilib

Ankarada Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar tədbir keçirilib Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı xatirə tədbiri keçirilib
Xarici siyasət
12 Dekabr , 2014 23:14
Ankarada Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar tədbir keçirilib

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı xatirə tədbiri keçirilib.

Səfirlikdən "Report"-a verilən məlumata görə, səfirliyin əməkdaşları, tanınmış ictimai siyasi xadimlər, elm və incəsənət adamları, tələbə və müəllim kollektivləri, Ankaradakı Heydər Əliyev məktəbinin şagirdləri, ictimaiyyət, diaspor və KİV nümayəndələrinin iştirakı ilə Ankaranın Yenimahalle səmtində yerləşən Heydər Əliyev parkında keçirilən xatirə tədbirində, ilk olaraq Heydər Əliyevin abidəsi önünə əkillər qoyulub, onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Faiq Bağırov Heydər Əliyevin Azərbaycan xalqına və dünya siyasətinə misilsiz xidmətlərindən əsaslar gətirərək, onun Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin həyatında, xalqın taleyində oynadığı əzəmətli rol Azərbaycan xalqının yaddaşından silinməyəcəyini, Azərbaycanın tarixi inkişaf prosesinə təkan verdiyini, vətən və xalq qarşısındakı ən böyük xidməti müstəqil Azərbaycanın qurulması olduğunu və Azərbaycançılıq ideologiyasının yaradıcısı kimi ən böyük amalı güclü Azərbaycan dövlətini qurmaq və yaşatmaq olduğundan söz açıb.

Eyni zamanda, tədbir günü səfirliyin müraciəti əsasında Türkiyə Respublikası Diyanət İşləri Başqanlığı vasitəsilə Ankaranın bütün camilərində cümə namazı öncəsi Heydər Əliyevin ruhuna xütbələr oxunmuş, parkın yerləşdiyi səmtdə olan İrşad Sami camisində cümə namazının ardından mövlud şəkəri paylanılıb.

Son xəbərlər

Orphus sistemi