Angela Merkel: “Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərdə əsas rolu bizim üçün aydındır”

Angela Merkel: “Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərdə əsas rolu bizim üçün aydındır” “Biz Azərbaycan və Ermənistanla tərəfdaşlıq haqqında razılaşma imzalayacağıq”
Xarici siyasət
24 Noyabr , 2017 15:10
Angela Merkel: “Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərdə əsas rolu bizim üçün aydındır”
Almaniya kansleri Angela Merkel / REUTERS/ Max Rossi

Bakı. 24 noyabr. REPORT.AZ/ “Biz Azərbaycan və Ermənistanla tərəfdaşlıq haqqında razılaşma imzalayacağıq”.

“Report” xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel noyabrın 24-də Brüssel şəhərində “Şərq Tərəfdaşlığı” sammitinin açılışında bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı üçün “Şərq Tərəfdaşlığı” ölkələri ilə münasibətinin mərkəzi rolu aydındır: “Şərq tərəfdaşlığı”nın bizim üçün də böyük əhəmiyyəti var. Bir tərəfdən insanların yaşayış səviyyəsi yaxşılaşır, demokratiya inkişaf edir, digər tərəfdən isə bizim təhlükəsizliyimizə təsir göstərir. Bu səbəbdən Gürcüstan, Moldova və Ukrayna ilə assosiasiya sazişi imzalamağımızdan məmnunam. İndi isə belə bir razılaşmanı Azərbaycan və Ermənistanla imzalayacağıq. Əlbəttə, assosiasiya razılaşması intensiv xarakterli deyil, ancaq biz onlarla əməkdaşlıq edəcəyik. Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərdə əsas rolu bizim üçün aydındır. Bu səbəbdən ümid edirəm ki, bugünkü danışıqların gedişində həmin dövlətlərin ölkədaxili siyasi vəziyyətini də anlayacağıq”. 

Son xəbərlər

Orphus sistemi