ANCA son 6 ayda COP29-la bağlı 200-ə yaxın tvit və 150- yə yaxın anti-Azərbaycan paylaşımı təkrar dərc edib - HESABAT

ANCA son 6 ayda COP29-la bağlı 200-ə yaxın tvit və 150- yə yaxın anti-Azərbaycan paylaşımı təkrar dərc edib - HESABAT Anti-Azərbaycan kampaniyasında xüsusi rolu ilə seçilən, gecə-gündüz durmadan Azərbaycana qarşı təbliğat aparan erməni lobbi təşkilatları arasında əsasən ABŞ-də və bir sıra Qərb ölkələrində fəaliyyət göstərən təşkilatları qeyd etmək olar.
Xarici siyasət
21 Dekabr , 2024 15:36
ANCA son 6 ayda COP29-la bağlı 200-ə yaxın tvit və 150- yə yaxın anti-Azərbaycan paylaşımı təkrar dərc edib - HESABAT

Anti-Azərbaycan kampaniyasında xüsusi rolu ilə seçilən, gecə-gündüz durmadan Azərbaycana qarşı təbliğat aparan erməni lobbi təşkilatları arasında əsasən ABŞ-də və bir sıra Qərb ölkələrində fəaliyyət göstərən təşkilatları qeyd etmək olar.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının hesabatında bildirilib.

Sənəddə bildirilib ki, bu təşkilatların bütün fəaliyyətləri vəzifəli şəxsləri müxtəlif yollarla – şantaj, korrupsiya və ya siyasi dəstək verməklə əla almaqdan ibarətdir. Qeyd olunub ki, onlar yerləşdikləri ölkələrin erməni əsilli sıravi vətəndaşlarına qarşı da oxşar yanaşma tətbiq edərək, özlərindən asılı vəziyyətə sala bilirlər:

“Bu lobbi təşkilatlarının fəaliyyətini təhlil edərkən onların öz maraqlarının olduğunun və bu maraqların bəzən Ermənistan Respublikasının fəaliyyəti ilə uzlaşmadığının da şahidi oluruq. Bu təşkilatın ən təsirli “silahı” ABŞ Konqresinin bir sıra üzvləridir”.

Qeyd olunub ki, əgər hər-hansı bir konqresmen Amerika Ermənilərinin Milli Komitəsi (ANCA) istəyinə əks və ya bitərəf mövqe sərgiləyərsə, dərhal ona qarşı qarayaxma və təzyiq kampaniyasına başlanılır. ANCA onları bu və ya digər ermənipərəst fəaliyyətinə görə illik əsasda qiymətləndirir.

Milli Məclisinin hesabatında qeyd olunur ki, son 6 ay ərzində ANCA tərəfindən COP29-la bağlı “X” sosial media platformasında 200-ə yaxın tvit və 150-yə yaxın anti-Azərbaycan paylaşımı təkrar paylaşılıb (retvit edilib) və ANCA tərəfindən aşağıdakı həştəqlərlə kampaniyalar aparılıb və ANCA tərəfindən COP29-la bağlı bir sıra saxta, fişinq (tələyə salmaq) məqsədli veb-səhifələr yaradılıb.

Araşdırmalar nəticəsində COP29-a qarşı aparılan qaralama kampaniyasında kiber-tələ məqsədli daha 26 fişinq saytların yaradıldığı aşkar olunub.

Azərbaycan Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının Medianın İnkişafı Agentliyi ilə birgə fəaliyyəti nəticəsində ANCA-nın COP29- a qarşı ifşa edilən informasiya kampaniyasını misal çəkmək olar:

“Araşdırma zamanı avtomatlaşdırılımış bot sistemlərindən istifadə olunmaqla saxta profillər vasitəsilə eyni anda #COP29 və #EndTheGagRule həştəqləri ilə bağlı edilən paylaşımlara kütləvi cavabların yazılması halları aşkar edilib. Paylaşımlarında isə Azərbaycanın guya COP29-la bağlı PR apardığını və bu kampaniyaya öz adlarını qeyd etmədən qalib gəldiklərini demək istəyirlər”.

Hesabatda bildirilib ki, Amerikanın Erməni Assambleyası (AAA) fəaliyyətində ANCA-dan geri qalmır:

“Onun fəaliyyəti həm Konqres, həm də icraedici hakimiyyət ilə işləyərək Azərbaycana qarşı öz maraqlarını təmin etməyə yönəlib. Təqdim edilən materiallar bunu deməyə əsas verir”.

Son xəbərlər

Orphus sistemi