ANAMA-nın nümayəndələri Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin direktoru ilə görüşüb

ANAMA-nın nümayəndələri Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin direktoru ilə görüşüb Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GICHD) tərəfindən təşkil edilən minatəmizləmə sahəsində “Bütün mümkün səylər” üzrə Qlobal seminarda iştirak edir.
Xarici siyasət
1 İyun , 2022 14:29
ANAMA-nın nümayəndələri Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin direktoru ilə görüşüb

Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GICHD) tərəfindən təşkil edilən minatəmizləmə sahəsində “Bütün mümkün səylər” üzrə Qlobal seminarda iştirak edir.

ANAMA-dan "Report"a verilən məlumata görə, mayın 30-dan iyunun 3-dək keçiriləcək seminarın məqsədi minatəmizləmə üzrə beynəlxalq təşkilat nümayəndələrinin bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, eldə edilən yeni metodologiyaların tətbiq edilməsidir. Seminar çərçivəsində Agentlik nümayəndələri Bosniya və Herseqovina, Kolumbiya, İordaniya, Danimarka, Vyetnam, Livan, Anqola, İraq, Şri-Lanka, Kamboja, Yəmən, Tacikistan və digər minadan zərərçəkmiş ölkələrin müxtəlif nümayəndə heyətləri, eləcə də Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin direktoru, səfir Stefano Toscano ilə görüş keçirib. Azərbaycanın üzləşdiyi mina probleminin miqyası, işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları, eləcə də ərazinin relyefinə uyğun olaraq yeni innovativ texnologiyaların tətbiqi barədə məlumat verilib.

Qeyd edək ki, Cenevrə Beynəlxalq Humanitar Minalardan Təmizləmə Mərkəzi minalardan təmizləmə və partlayıcı sursat riskinin azaldılması sahəsində çalışan önəmli beynəlxalq təşkilatlardan biridir.

Son xəbərlər

Orphus sistemi