Analitik: Kobaxidzenin Azərbaycana səfəri regional təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir

Analitik: Kobaxidzenin Azərbaycana səfəri regional təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir Gürcüstan Baş naziri İrakli Kobaxidze ilk səfərini Azərbaycana etdi.
Xarici siyasət
17 Yanvar , 2025 19:58
Analitik: Kobaxidzenin Azərbaycana səfəri regional təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir

Gürcüstan Baş naziri İrakli Kobaxidzenin ilk səfərini Azərbaycana etməsi regional təhlükəsizlik və sülh məsələsi barədə verilən açıqlamalar baxımından böyük əhəmiyyət kəsb edir.

“Report”un yerli bürosu xəbər verir ki, bunu analitik Amiran Salukvadze “Günün Xronikası” proqramında bildirib.

Onun sözlərinə görə, bu gün dünyadakı mövcud vəziyyəti nəzərə aldıqda, Qafqazda sabit qonşuluq siyasəti çox önəmlidir.

“Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Baş Naziri İrakli Kobaxidze ilə görüşündən sonra bildirib ki, iki ölkə arasındakı əlaqələr hər sahədə uğurla inkişaf edir. Siyasi münasibətlər iki qonşu ölkənin necə yaşamalı olduğunu göstərən bir nümunə ola bilər”, - analitik qeyd edib.

Qeyd edək ki, bu gün Gürcüstan Baş Naziri İrakli Kobaxidze Azərbaycana səfər edib.

Ruslan Həsənov

Son xəbərlər

Orphus sistemi