Amerikalı politoloq: "AŞPA-dakı ikili standartlar siyasətinə baxmayaraq, Azərbaycan öz maraqlarını müdafiə etməlidir"

Amerikalı politoloq: "AŞPA-dakı ikili standartlar siyasətinə baxmayaraq, Azərbaycan öz maraqlarını müdafiə etməlidir" "Ermənistan Azərbaycan hökumətinin sülh və demokratiyanın qorunmasındakı səylərinə qara yaxmaqda heç vaxt uğurlu olmayacaq"
Xarici siyasət
16 Oktyabr , 2017 11:00
Amerikalı politoloq: AŞPA-dakı ikili standartlar siyasətinə baxmayaraq, Azərbaycan öz maraqlarını müdafiə etməlidir
Amerikalı siyasi ekspert, Markett Universitetinin (Viskonsin) professoru Piter Teys / Report

Bakı. 16 oktyabr. REPORT.AZ/ "Ermənistan Azərbaycan hökumətinin sülh və demokratiyanın qorunmasındakı səylərinə qara yaxmaqda heç vaxt uğurlu olmayacaq".

Bunu "Report"a ameriklı politoloq Piter Teys AŞPA-da Ermənistanın Azərbaycana qarşı "hücumlarını" şərh edərkən deyib.

Onun sözlərinə görə, rəsmi Bakının multikulturalizm siyasət həmişə zorakılıq, informasiya manipulyasiya və illərdir Ermənistan silahlı qüvvələri tərəfindən törədilən dəhşətli cinayətlərdən üstün olacaq.

"AŞPA-dakı ikili standartlar siyasətinə baxmayaraq, Azərbaycan bu beynəlxalq platformada öz maraqlarını müdafiə etməlidir. AŞPA bir tərəfdən rohinca müsəlmanları ilə bağlı vəziyyəti tənqid edir, digər yandan iyulun 4-də Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə hücumları zamanı Sahibə Quliyeva və onun 2 yaşlı Zəhra Quliyevanın qətlə yetirilməsinə səssiz qalır", - P.Teys bildirib.