Amerikalı jurnalist: “Azərbaycanın özünü necə idarə edəcəyi ilə bağlı dərslərə ehtiyac yoxdur”

Amerikalı jurnalist: “Azərbaycanın özünü necə idarə edəcəyi ilə bağlı dərslərə ehtiyac yoxdur” “Azərbaycanın özünü necə idarə edəcəyi ilə bağlı dərslərə ehtiyac yoxdur, əksinə, qarşılıqlı münasibətlər və hörmət lazımdır”.
Xarici siyasət
26 May , 2022 18:24
Amerikalı jurnalist: “Azərbaycanın özünü necə idarə edəcəyi ilə bağlı dərslərə ehtiyac yoxdur”

“Azərbaycanın özünü necə idarə edəcəyi ilə bağlı dərslərə ehtiyac yoxdur, əksinə, qarşılıqlı münasibətlər və hörmət lazımdır”.

Bunu “Report”un yerli bürosuna açıqlamasında BMT-nin keçmiş sözçüsü, hazırda “Alquds Alarabi" qəzetinin BMT-dəki bürosunun rəhbəri, professor Abdelhamid Siyam ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubu şərh edərkən deyib.

Analitik bildirib ki, məktubda diqqət çəkən məsələlərdən biri Baydenin “ABŞ Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələrin intensivləşdirilməsinə kömək etməyə hazırdır”, - deməsi olub:

“Düşünürəm ki, Azərbaycan ABŞ-la münasibətlərin daha yaxşı olmasını istəyir, lakin bu, qarşılıqlı hörmətə, hər iki ölkənin qarşılıqlı maraqlarının gücləndirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasının qəbuledilməzliyini təsdiq etməyə əsaslanmalıdır”.

Son xəbərlər

Orphus sistemi