Amerikalı ekspert: "Azərbaycan Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini göstərdi"

Amerikalı ekspert: "Azərbaycan Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini göstərdi" "Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin uzadılması ölkənin bu təşkilatın əsas məqsədlərinə sadiq olmasından və onları həyata keçirməsindən irəli gəlir".
Xarici siyasət
14 Oktyabr , 2021 13:34
Amerikalı ekspert: Azərbaycan Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini göstərdi

"Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin uzadılması ölkənin bu təşkilatın əsas məqsədlərinə sadiq olmasından və onları həyata keçirməsindən irəli gəlir".

Bunu “Report”a milli təhlükəsizlik üzrə amerikalı ekspert, hüquqşünas, jurnalist İrina Zukerman (İrina Zuckerman) bildirib.

“Azərbaycan rəhbərliyi Qoşulmama Hərəkatının digər üzv ölkələrinin humanitar ehtiyacları üçün məlumatlar bazası yaratmağa kömək edib. Bu da bir tərəfdən ən ümdə məsələlərin həllində səmərəli əməkdaşlıq, şəffaflıq, hesabatlıq üçün şərait yaratdı, digər tərəfdən də müzakirələrdən əməli nəticələrə keçmək üçün təkan verdi. Bu, iştirakçısı çox olan beynəlxalq forumlarda adətən çətin baş tutan məsələdir. Yəni Azərbaycanın sırf nəticəyə istiqamətlənən fəaliyyətə üstünlük verməsi göz qabağındadır”, – ekspert deyib.

O vurğulayıb ki, Azərbaycan təşkilatın başqa üzv ölkələrinə ianələr edərək, kasıb ölkələrin də koronavirusa qarşı dərmanlarla təmin olunması üçün səy göstərərək hamıya nümunə göstərir.

İ.Zukerman Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş yüksək səviyyəli tədbirdə Prezident İlham Əliyevin çıxışı ilə bağlı deyib: “Prezident Əliyev praktik məsələlərin səmərəli idarəçiliyində Azərbaycanın liderliyini, bu təşkilatın təməli olan prinsip və dəyərlərə ölkəsinin sadiq olduğunu ortaya qoydu. Geniş mənada Prezident İlham Əliyev suverenliyə və ərazi bütövlüyünə hörmət kimi təməl prinsiplərə sadiq olduqlarını qeyd edərək, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsini, sonrakı sülh prosesini xarici təcavüzə ölçülü və qanuni cavabın nümunəsi kimi göstərib. Bu cavab Qoşulmama Hərəkatının prinsiplərinə tamamilə uyğundur”.

Son xəbərlər

Orphus sistemi