Yuxarı
    Bağlamaq

    Amerikalı diplomat Zaqatalaya səfər edib

    Derek Hoqan bölgəyə səfərinin şimal-qərb rayonlarının əhalisi ilə görüşmək, məlumat toplamaq məqsədi daşıdığını bildirib

    Bakı. 5 noyabr. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində noyabrın 5-də Zaqatalada olub.

    "Report" AzərTAc-a istinadən xəbər verir ki, Zaqatala Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Qonağa rayonun tarixi, mədəniyyəti, iqtisadiyyatı, əhalinin məşğuliyyəti, həmçinin turizm potensialı barədə məlumat verilib.

    Derek Hoqan bölgəyə səfərinin şimal-qərb rayonlarının əhalisi ilə görüşmək, məlumat toplamaq məqsədi daşıdığını diqqətə çatdırıb. Diplomat gözəl təbiəti olan Zaqatalada aparılan abadlıq və quruculuq işlərindən məmnun qaldığını bildirib.

    Görüşdə rayonun iqtisadiyyatı, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələri ilə bağlı məsələlər barədə söhbət aparılıb.

    Görüşdən sonra müvəqqəti işlər vəkili və səfirliyin nümayəndələri Zaqatala fındıq zavodunun fəaliyyəti ilə tanış olub, burada istehsal prosesini izləyiblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi