Amerika universitetinin tələbələri Azərbaycan səfirliyini ziyarət ediblər

Amerika universitetinin tələbələri Azərbaycan səfirliyini ziyarət ediblər Viskonsin-Miluoki Universitetinin (VMU) tələbələri ABŞ-nin Azərbaycandakı səfirliyini ziyarət ediblər.
Xarici siyasət
29 May , 2024 22:41
Amerika universitetinin tələbələri Azərbaycan səfirliyini ziyarət ediblər

Viskonsin-Miluoki Universitetinin (VMU) tələbələri ABŞ-nin Azərbaycandakı səfirliyini ziyarət ediblər.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Vaşinqtondakı diplomatik missiyasının mətbuat xidməti bildirib.

“28 May – Azərbaycan Respublikasının Müstəqilliyinin 106-cı ildönümünü qeyd edərkən VMU-nun parlaq və ağıllı tələbələri və professor-müəllim heyətini qəbul etməkdən şadıq. Azərbaycan səfirliyini ziyarət etdiyinizə və düşündürücü müzakirələrə görə təşəkkür edirik”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

Son xəbərlər

Orphus sistemi