Bir sıra dövlət başçıları Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib - YENİLƏNİB 3

Bir sıra dövlət başçıları Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib - YENİLƏNİB 3 "Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin"
Xarici siyasət
22 Dekabr , 2014 19:38
Bir sıra dövlət başçıları Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib - YENİLƏNİB 3

Bakı. 22 dekabr. REPORT.AZ/ Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. “Report”un xəbərinə görə, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Qırğızıstanda Sizi Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın inkişafının ardıcıl tərəfdarı kimi tanıyırlar.

Əminəm ki, bizim birgə səylərimiz sayəsində Qırğızıstan-Azərbaycan qardaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

Bundan başqa, Çin Xalq Respublikasının sədri Si Tszinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirmək istərdim.

Azərbaycan qədim İpək Yolu üzərində yerləşən mühüm ölkədir. Tarix boyu ölkələrimiz arasında dostluq münasibətləri mövcud olub. Dövlətlərimiz arasında diplomatik münasibətlər yaradılmasından keçən 22 il ərzində ölkələrimizin dostluq münasibətlərində qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda prinsiplərinə əsaslanan sürətli tərəqqi əldə edilib. Bu hədəfə nail olmaq işinə şəxsən Sizin mühüm töhfənizi yüksək qiymətləndirirəm.

Bu ilin mayında Siz Çin Xalq Respublikasında səfərdə olarkən, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısında ikitərəfli münasibətlərin dərinləşməsinə dair fikir mübadiləsi apardıq, səmimi və praqmatik söhbətimiz oldu. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin xalqlarının mənafeyi naminə bu əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün Sizinlə birlikdə işləməyə hazırıq.

Sizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar diləyirəm.

Ölkənizə firavanlıq, xalqınıza xoşbəxtlik arzu edirəm".

Eyni zamanda Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:

"Zati-aliləri,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin hərtərəfli fəaliyyətinizi, Azərbaycan Respublikasının inkişafı naminə şəxsi təşəbbüs və səylərinizi yüksək qiymətləndirirəm.

Qazaxıstan qardaş Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Dövlətlərimiz arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin genişlənməsi bunu təsdiq edir.

Zati-aliləri, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji və fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".

Bundan əlavə, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: 

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Bu gün biz Sizin rəhbərliyinizlə Azərbaycanda dövlət quruculuğu və ictimai quruculuq, iqtisadiyyat və sosial inkişaf sahələrində genişmiqyaslı dəyişikliklərin və əsaslı islahatların həyata keçirilməsinin, ölkənizin beynəlxalq arenada nüfuzunun möhkəmlənməsini təmin edən ardıcıl və prinsipial xarici siyasət kursunun şahidiyik.

Əminəm ki, ənənəvi dostluq, qarşılıqlı etimad və bir-birinin maraqlarına hörmət prinsipləri üzərində qurulan Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığı bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafeyi naminə çoxplanlı və qarşılıqlı faydalı əməkdaşlığımızın sarsılmaz əsası olaraq qalacaq.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ailə səadəti və firavanlıq, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzularımı bildirmək istəyirəm".

Eyni zamanda Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin uzaqgörən, dəqiq strateji siyasətiniz, təşkilatçılıq istedadınız, ən mürəkkəb məsələlərin həllinə əsl dövləti mövqedən yanaşmağınız Sizə xalqın sevgisini, həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda dərin hörmət və böyük nüfuz qazandırıb.

Belarus ölkələrimiz arasında bütün istiqamətlər üzrə inkişaf edən, açıq dialoqa və tam qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirir.

Əminəm ki, Belarus ilə Azərbaycan arasında möhkəm dostluq, qarşılıqlı dəstək və etimad ənənələri bundan sonra da xalqlarımızın rifahı naminə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin etibarlı təməli olacaq.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və qarşıya qoyduğunuz məqsədlərə nail olmaqda yeni uğurlar arzu edirəm".

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz həyati qüvvə və enerji, şəxsi səadət, dost Azərbaycan xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar arzulayıram".

İordaniyanın Kralı II Abdullah İbn Əl-Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:

"Zati-aliləri,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və arzularımı Sizə çatdırmaq mənim üçün çox xoşdur.

Xahiş edirəm, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı qəbul edin".

Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Sizi doğum gününüz münasibətilə millətim, hökumətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əlaqələrimizin bugünkü strateji müttəfiqlik səviyyəsinə çatmasında Zati-alinizin dəyərli töhfələrinin oynadığı rolun əhəmiyyətini yüksək qiymətləndirdiyimizi ifadə etmək istəyirəm. Eyni zamanda, geniş dünyagörüşünüz və müdrik liderliyiniz sayəsində qardaş Azərbaycanın sürətlə inkişaf etdiyini, həm beynəlxalq aləmdə, həm də regionda getdikcə daha qüdrətli söz sahibinə çevrilməsini görməkdən çox məmnunuq.

Eyni zamanda, 2015-ci il yanvarın 15-də ölkəmizə edəcəyiniz səfər zamanı Zati-aliniz ilə görüşməkdən şad olacağam.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, dost və qardaş Azərbaycan xalqının əmin-amanlığı və rifahı naminə ən səmimi arzularımı ifadə edirəm".

Son xəbərlər

Orphus sistemi