Almaniyalı deputat Azərbaycanda alman irsi ilə tanış olub

Almaniyalı deputat Azərbaycanda alman irsi ilə tanış olub Kristof Berqnerin Azərbaycana dörd günlük səfəri başa çatıb
Xarici siyasət
23 Aprel , 2016 02:27
Almaniyalı deputat Azərbaycanda alman irsi ilə tanış olub

Bakı. 22 aprel. REPORT.AZ/ Almaniya Bundestaqının millət vəkili və CDU/CSU fraksiyasının Azərbaycan üzrə məruzəçisi Kristof Berqnerin Azərbaycana dörd günlük səfəri başa çatıb.

Almaniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər müddəti ərzində K.Berqner Milli Məclisdən olan həmkarları ilə görüşüb və Xarici İşlər Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin yüksək vəzifəli nümayəndələri ilə danışıqlar aparıb.

Bundan başqa, o, Yasamalda və Masazırda məskunlaşmış məcburi köçkünlərin həyat şəraiti ilə tanış olub və Sumqayıt şəhərində alman əsirlərinin dəfn olunduğu qəbrstanlıqda əklil qoyub.

Millət vəkili həmçinin ADA Universitetində tələbələrlə Avropa Şərq Tərəfdaşlığı mövzusunda və regionda baş verən son hadisələrlə əlaqədar müzakirə aparıb.

Azərbaycanın qərb rayonlara ziyarəti zamanı isə almaniyalı deputat Göygöl, Şəmkir və Gədəbəydə vaxtilə orada məskunlaşmış alman köçkünlərdən qalan irslərlə tanış olub və bu regionların icra hakimləri ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi