XİN: Almaniyadakı terror aktı nəticəsində ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır

XİN: Almaniyadakı terror aktı nəticəsində ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır "Biz Berlində törədilən, insan ölümü və yaralanmasına səbəb olan faciəvi hadisədən dərindən kədərləndik"
Xarici siyasət
20 Dekabr , 2016 13:24
XİN: Almaniyadakı terror aktı nəticəsində ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır

Bakı. 20 dekabr. REPORT.AZ/ "Biz Almaniyanın Berlin şəhərində törədilən, insan ölümü və yaralanmasına səbəb olan faciəvi hadisədən dərindən kədərləndik". 

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Berlin şəhərində törədilmiş faciəvi hadisə ilə əlaqədar yaydığı açıqlamada deyilir.

"Bu hadisə nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, Almaniya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, onların kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Almaniyadakı səfirliyimiz hadisə nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Almaniyanın paytaxtı Berlin şəhərində sürücünün yük maşınını Milad yarmarkası ziyarətçilərinin üzərinə sürməsi nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb. Onların bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi