Yuxarı
    Bağlamaq

    Almaniya Silahlı Qüvvələri Baş Qərargahının Akademiyasında Azərbaycanla bağlı tədbir keçirilib - FOTO

    Tədbirdə azərbaycanlı zabitlər tərəfindən ölkəmiz haqda brifinq təqdim olunub

    Bakı. 4 noyabr. REPORT.AZ/ Almaniya Silahlı Qüvvələri (Bundesver) Baş Qərargahının Hamburq şəhərində yerləşən Akademiyasında Azərbaycan Silahlı Qüvvələrinin akademiyada təhsil alan iki zabitinin təşəbbüsü ilə “Azərbaycan haqqında məlumat günü” keçirilib.

    Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, akademiyanın rəhbərliyinin yaxından iştirak etdiyi tədbirdə azərbaycanlı zabitlər tərəfindən tədbir iştirakçılarına ölkəmiz haqda brifinq təqdim olunub, Azərbaycanın coğrafiyası, tarixi, siyasi sistemi, iqtisadiyyatı, mədəniyyəti və ordu quruculuğunda aparılan son islahatlar barədə ətraflı məlumat verilib, tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

    Tədbirdə respublikamızın siyasi və iqtisadi inkişafı, regionda aparıcı gücə çevrilməsi, Prezident İlham Əliyevin apardığı xarici və daxili siyasətin uğurları diqqətə çatdırılıb, Ermənistanın Azərbaycana hərbi təcavüzü, Xocalı qətliamı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə yönəlmiş səylər barədə ətraflı məlumat verilib.

    Brifinqin yekununda Bundesver Baş Qərargahının Akademiyasının rəis müavini və təhsil direktoru, admiral Karsten Snayder çıxış edərək, ölkəmizin vacib coğrafi-siyasi mövqeyi və iqtisadi əhəmiyyəti barədə məlumat verib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rolunu vurğulayıb.

    Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin Almaniyadakı hərbi attaşesi, polkovnik Mahir Bayramov, Bundesver Baş Qərargahının Akademiyasının professor-müəllim heyəti, akademiyada təhsil alan alman və xarici zabitlər iştirak ediblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi