Almaniya parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Almaniya parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək Onlar Bakıda Alman Bundestaqının Beynəlxalq Parlament təqaüdü proqramı (İPS) üçün Azərbaycandan olan namizədlər seçəcəklər
Xarici siyasət
27 Sentyabr , 2016 14:36
Almaniya parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Bakı. 27 sentyabr. REPORT.AZ/ Almaniya parlamentinin nümayəndə heyəti oktyabrın 4-5-də Bakıya səfər edəcək. 

Almaniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, məqsəd Almaniya Bundestaqının Beynəlxalq Parlament təqaüdü proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçməkdir. 

Nümayəndə heyətinə Almaniya Bundestaqının deputatı Aleksandr Ulrix rəhbərlik edəcək. 

Qeyd edək ki, İPS proqramı çərçivəsində dünyanın 41 ölkəsindən 120 təqaüdçü 1 mart - 31 iyul 2017-ci il tarixinədək Almaniya Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində Almaniyanın parlamentar sistemi ilə tanış olmaq imkanı əldə edirlər. Proqramın məqsədi siyasətin aparılması və demokratik qərarların verilməsi proseslərinin yaxından şahidi olmaqdır. Təqaüdçülər Almaniya parlamentinin bir deputatının yanında işləyirlər və eyni zamanda Berlin universitetlərinin birində tələbə olaraq qeydiyyata alınırlar. Taqaüdçülər həmçinin parlamentdəki fəaliyyətlərində əlavə olaraq universitetin mühazirə və seminarlarında da iştirak edə bilirlər. Bu proqram Almaniya Bundestaqının prezidentinin xüsusi himayəsi və Berlinin 3 üç universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bütün səfər, yaşayış və sığorta xərcləri habelə aylıq təqaüd Almaniya Bundestaqı tərəfindən ödənilir.

Son xəbərlər

Orphus sistemi