Bakı. 16 may. REPORT.AZ Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının bir qrup deputatı Göygöldə olub. "Report" xəbər verir ki, Almaniya-
Qonaqlar vaxtilə ata-babalarının yaşadıqları rayonla yaxından tanış olublar. XVIII əsrdə almanların inşa etdikləri, indi isə tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərən Lüteran kilsəsində keçirilən görüşdə almaniyalı deputatlara rayonun mədəni həyatı, insanları, eləcə də iqtisadiyyatı barədə ətraflı məlumat verilib. Sonra musiqi kollektivlərinin çıxışı olub.
Almaniya Bundestaqının deputatları Göygöl şəhərində yaşamış sonuncu alman Viktor Klaynın ev-muzeyinə də baxıblar. Deputatları Almaniyanın Azərbaycandakı səfiri Tempel Haydrun müşayət edib.



