Almaniya 187 min əcnəbini ölkədən çıxarır

Almaniya 187 min əcnəbini ölkədən çıxarır Ölkəni könüllü tərk etmələri ilə bağlı xəbərdarlıq alanlar arasında Azərbaycan Respublikasının vətəndaşları da var.
Xarici siyasət
2 Noyabr , 2020 14:38
Almaniya 187 min əcnəbini ölkədən çıxarır
0 : 00
0 : 00

Almaniyada 187 min əcnəbi ölkəni könüllü tərk etməsi ilə bağlı bildiriş alıb.

“Report”un Avropa bürosunun Almaniya Federal Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumatda deyilir ki, onların əksəriyyəti 2015-2019-cu illər ərzində Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyən xarici ölkə vətəndaşlarıdır.

“Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) sığınacaq üçün edilən müraciətləri qəbul etdikdən sonra araşdırıb və müvafiq qərar verir. Həmin şəxslərlə bağlı bir sıra qərarlar neqativ olub və onların ölkəni könüllü tərk etmələri ilə bağlı bildiriş göndərilib”, - nazirliyin məlumatında qeyd olunub.

Ölkəni könüllü tərk etmələri ilə bağlı xəbərdarlıq alanlar arasında Azərbaycan Respublikasının vətəndaşları da var.

Azərbaycanlıların digər əyalətlərə nisbətən yığcam yaşadığını Şimali Reyn Vestfaliya əyalətində 74 374, Bavariyada isə 36 143 əcnəbiyə ölkəni könüllü tərk etmələri ilə bağlı vaxt qoyulub.

Müəyyən olunan vaxt bitdikdən sonra həmin şəxslərin işi idarə məhkəmələrinə göndəriləcək. Məhkəmələr isə, adətən əsaslı humanitar və siyasi səbəblər olmadığı təqdirdə, sığınacaq axtaranların ölkədən məcbur deportasiya edilməsi barədə qərar çıxarır.

BAMF-dan verilən məlumatda isə bildirilir ki, 2020-ci il yanvarın 1-dən indiyə kimi, könüllü gedişlər də daxil olmaqla 7 212 nəfər Almaniyadan deportasiya edilib.

Son xəbərlər

Orphus sistemi