Allahşükür Paşazadə və Oqtay Əsədov Səudiyyə Ərəbistanı Kralının dəfn mərasimində iştirak edəcək

Allahşükür Paşazadə və Oqtay Əsədov Səudiyyə Ərəbistanı Kralının dəfn mərasimində iştirak edəcək Onlar dəfn mərasimində iştirak etmək üçün Səudiyyə Ərəbistanına yola düşəcək
Xarici siyasət
23 Yanvar , 2015 13:06
Allahşükür Paşazadə və Oqtay Əsədov Səudiyyə Ərəbistanı Kralının dəfn mərasimində iştirak edəcək

Bakı. 23 yanvar. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun dəfn mərasimində iştirak edəcək. Bu barədə “Report”a QMİ-dən bildirilib.

Məlumata görə, A.Paşazadə bu gün dəfn mərasimində iştirak etmək üçün Səudiyyə Ərəbistanına yola düşəcək.

Mərasimdə, həmçinin Milli Məclisin (MM) sədri Oqtay Əsədov iştirak edəcək. Bu barədə “Report”a MM mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Son xəbərlər

Orphus sistemi