Aleksandr Murinson: "Azərbaycanda istənilən yəhudi sizə bu ölkədə heç vaxt antisemitizmin olmadığını deyəcək"

Aleksandr Murinson: "Azərbaycanda istənilən yəhudi sizə bu ölkədə heç vaxt antisemitizmin olmadığını deyəcək" "İsrail və Azərbaycan arasında əməkdaşlıq yalnız silah və neft satışı ilə məhdudlaşmır"
Xarici siyasət
4 Yanvar , 2017 12:09
Aleksandr Murinson: Azərbaycanda istənilən yəhudi sizə bu ölkədə heç vaxt antisemitizmin olmadığını deyəcək

Bakı. 4 yanvar. REPORT.AZ/ ABŞ Konqresinin xəbərlərini və bu ölkənin siyasətini işıqlandıran "The Hill" qəzetinin saytında Begit Sadat Mərkəzinin və Bar İlan Universitetinin baş elmi əməkdaşı, doktor Aleksandr Murinsonun Azərbaycan-İsrail münasibətlərindən bəhs edən məqaləsi dərc edilib.

"Report" "The Hill"ə istinadən xəbər verir ki, məqalədə A.Murinson bu yaxınlarda qəzetinin saytında Areq Qalstyanın İsrail baş naziri Binyamin Netanyahunun son səfəri barədə məqaləsinin dərc edildiyini xatırladıb. A.Murinson qeyd edib ki, müəllif Azərbaycan-İsrail münasibətlərinin əhəmiyyətini şübhə altına salmağa çalışıb, eləcə də onu antisemitizm əhval-ruhiyyəsinə görə tənqid edib.

Müəllifin sözlərinə görə, Azərbaycan və İsrail yəhudi və müsəlman dövlətin qarşılıqlı inamla müttəfiq ola biləcəklərini sübut edir.

"Reallıq ondan ibarətdir ki, Sovetlər İttifaqının dağılmasına qədər Azərbaycanda 800 min yəhudi yaşayıb. Səfərad yəhudiləri Azərbaycanda 1500 ildən çox yaşayırlar. Əşkinazi yəhudilər isə əsasən, Bakı şəhərində yaşayırlar. Onlar bura çar və bolşeviklərin talanlarından qaçmaq üçün gəlib. Azərbaycanda istənilən yəhudi sizə bu ölkədə heç vaxt antisemitizmin olmadığını deyəcək", - deyə müəllif qeyd edib.

Azərbaycan və İsrail arasındakı əməkdaşlıq barədə danışan A.Murinson bu əməkdaşlığın yalnız silah və neft satışı ilə məhdudlaşmadığını, həmçinin kənd təsərrüfatı və texnologiyalar sahəsində mövcud olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi