Aleksandr Duqin: "Azərbaycanla münasibətlər Rusiya üçün ön plana keçib"

Aleksandr Duqin: "Azərbaycanla münasibətlər Rusiya üçün ön plana keçib" Cocuq Mərcanlı. 1 iyul. REPORT.AZ/ Azərbaycanla münasibətlər Rusiya üçün ön plana keçib.
Xarici siyasət
1 İyul , 2018 14:22
Aleksandr Duqin: Azərbaycanla münasibətlər Rusiya üçün ön plana keçib

Cocuq Mərcanlı. 1 iyul. REPORT.AZ/ Azərbaycanla münasibətlər Rusiya üçün ön plana keçib.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin deyib.

"Bir çoxları səhvən hesab edirlər ki, Rusiya ilə Ermənistan arasında tərəfdaşlıq Azərbaycanla münasibətləri pozur. Əslində bu, tamamilə belə deyil, Rusiyanın Azərbaycanla münasibətləri ön plana çıxıb", - deyə o əlavə edib.

Duqinin sözlərinə görə, Bakı həmçinin Rusiyanın Türkiyə və İranla qarşılıqlı münasibətlərində başlıca rol oynayır.

Son xəbərlər

Orphus sistemi