Albaniya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Albaniya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Xarici siyasət
27 May , 2024 15:35
Albaniya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
İlham Əliyev

Albaniya Prezidenti Bayram Beqaydan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

İcazə verin, ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırım.

Mən Albaniya və Azərbaycanın dostluğun, əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində əldə etdiyi böyük nailiyyəti xüsusi olaraq məmnunluqla qeyd edirəm. Biz dostluq münasibətlərinin və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində çox maraqlıyıq. Əlaqələrimizin hər iki ölkənin mənafeyinə uyğun olaraq yeni səviyyələrə yüksəldilməsinin əhəmiyyətini vurğulayıram.

Fürsətdən istifadə edərək bu ilin martında Azərbaycana səfərim zamanı mənə göstərilən qonaqpərvərliyə görə Sizə səmimi-qəlbdən təşəkkürümü bildirirəm.

Zati-alinizə və Azərbaycan xalqına davamlı uğurlar, inkişaf, firavanlıq və xoşbəxtlik arzulayıram".

Son xəbərlər

Orphus sistemi