"İki dost ölkə olaraq bir çox ortaq layihələr həyata keçiririk. Hədəflərimiz daha böyükdür. Beynəlxalq aləmdə hər zaman bir-birimizi dəstəkləyirik".
"Report" xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, keçmiş daxili işlər naziri Efkan Ala Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Şuşa Bəyannaməsi bölgənin təhlükəsizliyi üçün xüsusi önəm kəsb edir: "Hədəf regionda təhlükəsizlik və sülhə nail olmaqdır. Ölkə başçılarının qürur duymaları tam haqlıdır. İki ölkə arasındakı əlaqələrin daha da yüksəlməsi təhlükəsizlik baxımından xüsusi ilə önəmlidir. Çətin vaxtlarda hər kəs hər şeyi deyə bilər. Önəmli olan qazanılan zəfəri bir ömür boyu saxlamaqdır".