AK Partidən deputatlığa namizəd: “Hər zaman azərbaycanlı qardaşlarımızın dəstəyini hiss etmişik”
- 11 may, 2023
- 13:54
Yeniliklərdən dərhal xəbərdar olun!
“Hər zaman azərbaycanlı qardaşlarımızın dəstəyini fiziki və mənəvi olaraq ürəkdən hiss etmişik”.
Bunu “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) deputatlığa namizəd Tarık Hatiplər deyib.
O, Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinə az bir vaxt qaldığını xatırladaraq bir aydır partiya olaraq bütün qüvvə ilə seçkilərə hazırlaşdıqlarını bildirib: “Ədirnənin bütün kənd və qəsəbələrində təbliğat-təşviqat kampaniyaları aparmışıq. Artıq işlərimizi yavaş-yavaş yekunlaşdırırq. AK Parti olaraq, sədrimiz və prezidentimiz Rəcəb Tayyib Ərdoğanın yanındayıq. Xalqımıza və onun iradəsinə güvənir, bu seçkilərdən də qalib çıxacağımıza inanırıq”.
“Azərbaycan bizim can qardaşımızdır. Biz hər zaman sizlərin dəstəyinizi fiziki və mənəvi olaraq ürəkdən hiss etmişik. Ona görə də Azərbaycan bizim üçün dəyərlidir”, - deyə T.Hatiplər vurğulayıb.