AK Partiyanın sözçüsü Azərbaycana təşəkkür edib

AK Partiyanın sözçüsü Azərbaycana təşəkkür edib “İlham Əliyevin xəstaxanada AK parti sədrinin müavini Binəli Yıldırım ziyarətindən sonra Türkiyəyə qayıtdıq”.
Xarici siyasət
21 Oktyabr , 2022 17:11
AK Partiyanın sözçüsü Azərbaycana təşəkkür edib

“İlham Əliyevin xəstaxanada AK Partiyası sədrinin müavini Binəli Yıldırım ziyarətindən sonra Türkiyəyə qayıtdıq”.

“Report” xəbər verir ki, bunu AK Partiyasının sözçüsü Ömər Çəlik deyib.

O, hazırda hər şeyin normal olduğunu bildirib: “Bu müddət ərzində cənab Prezident İlham Əliyevin, Səhiyyə Nazirliyinin, o cümlədən bütün azərbaycanlı qardaşlarımızın qayğısını hiss etdik. Hazırda xəstələrimizin durumu nəzarət altındadır. Maraqlanan hər kəsə təşəkkür edirəm”.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində ölkəyə gəlmiş Binəli Yıldırım, mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Cəbrayıldan qayıdarkən qəzaya düşüb. Onlar Mərkəzi Klinikaya yerləşdirilmişdilər.

Son xəbərlər

Orphus sistemi