Avropa Məhkəməsinin ötən il Azərbaycanla bağlı çıxardığı qərarların sayı açıqlanıb
Xarici siyasət
- 28 yanvar, 2021
- 13:29
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2020-ci ildə Azərbaycanla bağlı 74 qərar çıxarıb.
“Report” xəbər verir ki, bu barədə təşkilatın bu gün açıqlanmış illik hesabatında bildirilir.
Sənədə əsasən, ötən il məhkəmə Azərbaycanla bağlı baxılması üçün 525 ərizə qəbul edib ki, bunlardan 360-ı rədd edilib, 74 ərizəyə dair də müvafiq qərarlar çıxarılıb. 2019-cu ildə isə Azərbaycanla bağlı 397 ərizə qəbul edilmiş, 427-si rədd edilmiş, 56-sına dair qərarlar verilmişdi.
Həmçinin 2020-ci ildə AİHM-də 159 işlə bağlı Azərbaycan hökumətilə məşvərət işləri aparılıb.
Xatırladaq ki, Azərbaycan 2001-ci ildən Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub. Ölkə ilə bağlı ilk iddia AİHM-də 2006-cı ildə baxılması üçün qəbul edilib.
Son xəbərlər
01:18
Lionel Messi İngiltərə - Argentina matçının ən yaxşı oyunçusu olub
Futbol01:04
DÇ-2026: Finalda və üçüncü yer uğrunda üz-üzə gələcək komandalar müəyyənləşib
Futbol01:03
Foto
DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olub - YENİLƏNİB-6
Futbol00:33
Şimali Makedoniya Şaquli Qaz Dəhlizinə qoşulur
Energetika00:19
Ukraynanın müdafiə naziri Mixail Fedorov vəzifəsini tərk edir
Digər ölkələr00:15
Messi dünya çempionatlarının yarımfinalında iştirak edən ən yaşlı meydan oyunçusu olub
Futbol23:50
Serbiyanın Aİ-yə üzvlüyü: III klasterin açılması üçün bütün meyarları yerinə yetirib
Digər ölkələr23:31
ABŞ ordusu İrana qarşı ikinci zərbə dalğasına başlayıb
Region23:30