Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqların birinci mərhələsinin tarixi məlum olub

Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqların birinci mərhələsinin tarixi məlum olub Bununla əlaqədar Avropa İttifaqının nümayəndə heyəti Bakıya gələcək
Xarici siyasət
12 Aprel , 2017 14:13
Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqların birinci mərhələsinin tarixi məlum olub

Bakı. 12 aprel. REPORT.AZ/ Bakıda aprelin 25-də Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqların birinci mərhələsi keçiriləcək.

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bildiriblər.

Danışıqlarda iştirak etmək üçün Şərq tərəfdaşlığı məsələləri, Rusiya, Mərkəzi Asiya üzrə əməkdaşlıq, regional əməkdaşlıq və ATƏT məsələləri üzrə Avropa xarici siyasət xidmətinin direktoru Lyuk Devin Azərbaycana gələcək.

Son xəbərlər

Orphus sistemi