Aİ Şurası “Şərq Tərəfdaşlığı”nın bütün ölkələri ilə viza rejiminin ləğvi məsələsinə aydınlıq gətirdi

Aİ Şurası “Şərq Tərəfdaşlığı”nın bütün ölkələri ilə viza rejiminin ləğvi məsələsinə aydınlıq gətirdi Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı”nın vizasız rejimə malik olmayan ölkələri ilə bu barədə danışıqlara yalnız müəyyən şərtlərə əməl olunacağı təqdirdə başlayacaqlarına dair xəbərdar edib.
Xarici siyasət
12 May , 2020 11:01
Aİ Şurası “Şərq Tərəfdaşlığı”nın bütün ölkələri ilə viza rejiminin ləğvi məsələsinə aydınlıq gətirdi

Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı”nın vizasız rejimə malik olmayan ölkələri ilə bu barədə danışıqlara yalnız müəyyən şərtlərə əməl olunacağı təqdirdə başlayacaqlarına dair xəbərdar edib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, Aİ Şurasının “Şərq Tərəfdaşlığı” siyasəti barədə dünən qəbul etdiyi qaydalarda bəzi tərəfdaş ölkələrin vətəndaşlarından sığınacaq alınması üçün Aİ-yə müraciətlərin çox olması ilə bağlı narahatlıq da ifadə edilib.

“Şərq Tərəfdaşlığı”nın altı ölkəsindən üçünün - Gürcüstan, Moldova və Ukraynanın vətəndaşları Aİ-yə qısamüddətli səfərlər üçün vizasız rejimdən istifadə edirlər. Azərbaycan, Belarus və Ermənistan vətəndaşları üçün viza zəruridir.

Şura viza rejiminin liberallaşdırılması ilə bağlı mövcud fəaliyyət planlarının uğurla həyata keçirilməsi üçün nəzarət göstəricilərinin, viza rejiminin sadələşdirilməsi və readmissiya barədə sazişlərinin davamlı şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

“Vətəndaşlarının Aİ-yə daxil olmaları üçün vizalar tələb olunan digər tərəfdaş ölkələrlə viza rejiminin liberallaşdırılmasına dair danışıqlara başlamaq imkanı, şərtlər imkan verəcəyi təqdirdə, uyğun vaxtda nəzərdən keçiriləcək”, - qaydalarda deyilir.

Bu şərtlərə həmçinin mövcud səyahət rejiminə uyğunluq, viza rejiminin sadələşdirilməsi və readmissiya barədə sazişlərinin qənaətbəxş şəkildə yerinə yetirilməsi daxildir.

Şura xatırladır ki, bəzi tərəfdaş ölkələrin vətəndaşlarının əsassız sığınacaq müraciətlərinin çox olması Aİ-yə üzv ölkələrdə narahatlıq doğurur.

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı Aİ tərəfindən 2009-cu ildə başladılıb. Onun əsas məqsədi altı ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir.

Son xəbərlər

Orphus sistemi