Aİ-nin Siyasət və Təhlükəsizlik üzrə Komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Aİ-nin Siyasət və Təhlükəsizlik üzrə Komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edəcək Nümayəndə heyətinin tərkibinə 28 üzv ölkənin səfirləri daxildir
Xarici siyasət
20 Sentyabr , 2017 15:55
Aİ-nin Siyasət və Təhlükəsizlik üzrə Komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edəcək
Report

Bakı. 20 sentyabr. REPORT.AZ / Avropa İttifaqının (Aİ) Siyasət və Təhlükəsizlik üzrə Komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskas bildirib.

Səfir qeyd edib ki, nümayəndə heyətinin tərkibinə Aİ-nin Siyasət və Təhlükəsizlik üzrə Komitəsinə 28 üzv ölkənin səfirləri daxildir və nümayəndə heyəti oktyabrın 3-də Bakıya gələcək: "Səfər zamanı Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri, o cümlədən siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunacaq".

Son xəbərlər

Orphus sistemi