Yuxarı

​Avropa İttifaqının səfiri: "Biz Azərbaycanı mühüm tərəfdaş kimi görürük"

Malena Mard: Azərbaycanla enerji sahəsindəki əməkdaşlq Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edir

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə Avropa İttifaqının paytaxtında öyrənilir, amma müzakirələr zamanı Avropa İttifaqının komissarı aydın şəkildə bildirib ki, biz Azərbaycanı mühüm bir tərəfdaş kimi görürük".

"Report" xəbər verir ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni şərh edən Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərə açıqlamasında belə deyib. 

Onun sözlərinə görə, qətnamənin qəbulu Azərbaycanda böyük rezonans doğurub və bundan sonra Avropa İttifaqı Avropa Parlamenti haqqında mənfi fikirlər səslənməsinin şahidi olub: "Amma mən əminəm ki, gündəlikdəki məsələləri həll etmək üçün dialoq yolu da mövcuddur".

Avropa Parlamentinin qəbul etdiyi qətnamənin Avropa İttifaqı ilə Azərbaycan arasında enerji layihələrinə göstərə biləcəyi təsirlərdən danışan M.Mard bununla bağlı Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviçin açıqlamasını diqqətə çatdırıb: "Maroş Şevçoviç aydın şəkildə deyib ki, Azərbaycan enerji sahəsində çox mühüm tərəfdaşdır və gələcəkdə də belə olacaq. Bizim enerji sahəsində əməkdaşlığımız Avropa İttifaqı üçün mühüm xarakter daşıyır və uzunmüddətli perspektivdə hər hansı bir dəyişikliyin olacağını düşünmürəm". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi