“Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əlaqələr çox intensiv inkişaf edir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.
Onun sözlərinə görə, tərəflər bir sıra sahələrdə əməkdaşlığı fəal şəkildə inkişaf etdirirlər: “Buna misal olaraq Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və avrokomissar Kadri Simsonun Azərbaycana son səfərlərini, enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını, həmçinin bu yaxınlarda Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclasının keçirilməsini göstərmək olar”.
Səfir bildirib ki, biz Azərbaycanla belə dinamik dialoqa malik olmaqdan çox məmnunuq.