Aİ rəsmisi: "Azərbaycanla tərəfdaşlıq münasibətlərimizi yeni səviyyəyə çatdırmağa hazırıq"

Aİ rəsmisi: "Azərbaycanla tərəfdaşlıq münasibətlərimizi yeni səviyyəyə çatdırmağa hazırıq" Azərbaycanda sərmayə imkanları ilkin olaraq müəyyənləşdirilmiş səviyyədən xeyli çox ola bilər.
Xarici siyasət
18 Noyabr , 2021 18:08
Aİ rəsmisi: Azərbaycanla tərəfdaşlıq münasibətlərimizi yeni səviyyəyə çatdırmağa hazırıq

"Azərbaycanda sərmayə imkanları ilkin olaraq müəyyənləşdirilmiş səviyyədən xeyli çox ola bilər".

“Report” xəbər verir ki, bunu Azərbaycana səfər edən Avropa qonşuluq və genişlənmə danışıqları məsələləri üzrə baş direktor əvəzi Masey Popovski bildirib.

“Aİ Azərbaycanın daimi tərəfdaşı olaraq twinning və TAIEX layihələri vasitəsilə qabaqcıl təcrübəsini tətbiq edir. İqtisadi və sərmayə imkanlarını tam şəkildə üzə çıxarmaq üçün Azərbaycanla əl-ələ verərək tərəfdaşlığımızı yeni səviyyəyə qaldırmağa hazırıq. Azərbaycanda icra etdiyim missiya göstərdi ki, bu ölkədəki sərmayə yatırımları imkanları ilkin olaraq müəyyənləşdiriləndən xeyli çox ola bilər. Aİ Azərbaycanda və Şərq Tərəfdaşlığının bütün ölkələrində sıravi vətəndaşların həyatına müsbət dəyişikliklər gətirmək üçün hökumətlə, özəl sektorla, həmçinin beynəlxalq maliyyə qurumları ilə çalışmağa hazırdır” – deyə diplomat qeyd edib.

Xatırladaq ki, M.Popovskinin noyabrın 17-18-də Azərbaycana rəsmi səfərinin məqsədi Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri üçün iqtisadi və sərmayə planının icrasının müzakirəsidir.

Son xəbərlər

Orphus sistemi