Aİ-nin xüsusi nümayəndəsi: "Azərbaycanla əməkdaşlığa dair yeni saziş üzrə danışıqların tezliklə yekunlaşacağına ümidvaram"

Aİ-nin xüsusi nümayəndəsi: "Azərbaycanla əməkdaşlığa dair yeni saziş üzrə danışıqların tezliklə yekunlaşacağına ümidvaram" "Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak etmək və Azərbaycan- Avropa İttifaqı (Aİ) əlaqələrinə dair müzakirələr aparmaq üçün Aİ-nin iki komissarının bu yaxınlarda Azərbaycana səfər edib. Səfər çərçivəsində çox səmərəli müzakirələr aparılıb"
Xarici siyasət
21 Fevral , 2022 12:46
Aİ-nin xüsusi nümayəndəsi: Azərbaycanla əməkdaşlığa dair yeni saziş üzrə danışıqların tezliklə yekunlaşacağına ümidvaram

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak etmək və Azərbaycan-Avropa İttifaqı (Aİ) əlaqələrinə dair müzakirələr aparmaq üçün Aİ-nin iki komissarının bu yaxınlarda Azərbaycana səfər edib. Səfər çərçivəsində çox səmərəli müzakirələr aparılıb.

"Report"un xəbərinə görə, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

O, Prezident Şarl Mişelin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına önəmli dəstək verdiyini bildirib. O, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa dair yeni saziş üzrə danışıqların tezliklə yekunlaşacağına ümidvar olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi