Yuxarı
    Bağlamaq

    Aİ-nin qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Azərbaycanda səfərdədir

    Bakıya səfəri zamanı Yohannes Han Şərq Tərəfdaşlığı sammitinə hazırlıq məsələlərini müzakirə edəcək

    Bakı. 16 iyun. REPORT.AZ/ Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han Azərbaycana səfərə gəlib.

    "Report" xəbər verir ki, birgünlük səfər zamanı Y.Han noyabrda Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələlərini müzakirə edəcək.

    "Şərq Tərəfdaşlığı" sammitini, eləcə də yaxın gələcəkdə əməkdaşlığımızı necə genişləndirə və dərinləşdirə biləcəyimizi müzakirə etmək məqsədilə Azərbaycana - Avropa İttifaqı üçün vacib tərəfdaş olan ölkəyə səfər edirəm. Avropa İttifaqı Azərbaycanın vətəndaş cəmiyyətlərini də prosesə cəlb etməklə əhəmiyyətli iqtisadi və demokratik islahatlara nail olmaq üçün göstərdiyi səylərdə dəstək olmağa hazırdır", - Y.Han Bakıya səfərindən əvvəl bildirib.

    Səfər zamanı Avropa komissarı Aİ və Azərbaycan arasında yeni saziş üzrə davam edən danışıqlar, eləcə də tərəfdaşlıq prioritetləri və əməkdaşlığın gələcək sahələri barədə müzakirə aparmaq üçün dövlət rəsmiləri ilə görüşəcək.

    O, həmçinin iyunun 8-də Bakıda keçirilmiş Aİ-Azərbaycan biznes forumunun nəticələrini müzakirə etmək üçün özəl sektorun və beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə görüşəcək, Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edəcək, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi