Yuxarı
    Bağlamaq

    Aİ-nin ali nümayəndəsi Azərbaycan Prezidentinə məktub göndərib

    Federika Mogerini Günəşli yatağında baş verən qəzada həyatını itirənlərin ailələri və yaxınlarına başsağlığı verib

    Bakı. 8 dekabr. REPORT.AZ/ Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

    "Report" Aİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, məktubda F.Mogerini baş verənlərlə bağlı başsağlığı verib: "Mogerini Aİ adından qəzada həyatını itirənlərin ailələri və yaxınlarına dərin hüznlə başsağlığı verib, itkin düşənlərin taleyinə görə narahatlığını bildirib və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi