Avropa Parlamentinin deputatı: “Aİ Azərbaycan və Gürcüstanda infrastruktur layihələrin həyata keçirilməsini dəstəkləməlidir”

Avropa Parlamentinin deputatı: “Aİ Azərbaycan və Gürcüstanda infrastruktur layihələrin həyata keçirilməsini dəstəkləməlidir”
Xarici siyasət
28 Noyabr , 2019 09:53
Avropa Parlamentinin deputatı: “Aİ Azərbaycan və Gürcüstanda infrastruktur layihələrin həyata keçirilməsini dəstəkləməlidir”

Avropa Parlamentinin plenar iclasında “Şərq tərəfdaşlığı” ölkələri ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.

Toplantıda çıxış edən Avropa Parlamentinin üzvü Angel Dzhambazki bildirib ki, “Şərq tərəfdaşlığı” ölkələri ilə əməkdaşlıq nəticələrə hədəflənməlidir.

O, Azərbaycan və Gürcüstanda həyata keçirilən layihələrdən danışıb: “Azərbaycan və Gürcüstanda Avropa İttifaqının dəstəyi ilə reallaşdırılmalı olan infrastruktur layihələr var. İnfrastruktur layihələr və limanların inkişafı bu ölkələri bir-birinə daha sıx birləşdirə bilər. Bu, real nəticələr verəcək səy ola bilər. Biz real və hiss oluna bilinəcək nəticələrə hədəflənməliyik”.