Yuxarı

Aİ-Azərbaycan alt komitələrinin iclası bu həftə Bakıda keçiriləcək

İclaslar zamanı tərəflər arasında müvafiq sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunacaq

Bakı. 11 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı-Azərbaycan alt komitələrinin iclasları bu həftə Bakıda keçiriləcək.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu həftə üç alt komitənin iclası baş tutacaq.

Belə ki, oktyabrın 12-də ədliyyə, azadlıq, təhlükəsizlik üzrə alt komitənin, oktyabrın 13-də insan hüquqları üzrə alt komitənin, oktyabrın 14-də isə insanlar arasında əlaqə alt komitəsinin iclası keçiriləcək.

Aİ-Azərbaycan alt komitələrin iclasları zamanı tərəflər arasında müvafiq sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi