​Azərbaycan müdafiə naziri: "Qarabağla bağlı danışıqların uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir"

​Azərbaycan müdafiə naziri: "Qarabağla bağlı danışıqların uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir" Azərbaycan müdafiə naziri Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib
Xarici siyasət
13 Yanvar , 2015 13:34
​Azərbaycan müdafiə naziri: Qarabağla bağlı danışıqların uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir

Bakı. 13 yanvar. REPORT.AZ/ Yanvarın 13-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robbert Gabrielseni qəbul edib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Z.Həsənov regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Niderland arasında əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması və hərbi sahədə münasibətlərin qurulması istiqamətində fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi